• USD 1,7000 0,00% EUR 2,1043 +0,01%
    • GBP 2,4138 -0,71% RUB 0,0280 +1,43%

O arenadan “sağ" çıxanlar: “Qarabağ”, “Barselona”, “Real”...

  • İdman
  • 17 Aprel 2018 20:47
  • 316 Baxış
O arenadan “sağ" çıxanlar: “Qarabağ”, “Barselona”, “Real”...

İspaniya La Liqasının XXXII turunda "Levante"ni böyük hesabla (3:0) məğlub edən "Atletiko" doğma arenasında məğlubedilməzlik seriyasını davam etdirir.

Publika.az apasport.az-a istinadən xəbər verir ki, yeni stadionu "Vanda Metropolitano"da uğursuz başlanğıc edən Madrid klubu son vaxtlar rəqiblərinə şans vermir.

Belə ki, azarkeşləri qarşısında keçirdiyi son 10 görüşün hamısında qələbə qazanan Dieqo Simeonenin yetirmələri bu qarşılaşmalarda qapısının toxunulmazlığını da qoruyub.

Bununla bağlı statistik araşdırma aparan həmkarlarımız "Qarabağ"la görüşü də xatırlayıblar.

Yerli KİV məhz "Qarabağ"la matçdan sonra komandanın yüksəlişə keçdiyini vurğulayıb: "Vanda Metropolitano" rəqiblər üçün keçilməz səddə çevrilib. Ötən ilin oktyabr ayından bəri cəmi 6 komanda burdan "sağ çıxıb". Mövsümün əvvəllərində "Barselona", "Vilyarreal", "Qarabağ" və "Real"la heç-heçələrdən sonra Simeonenin komandası qələbələri sıralayır. Ümumiyyətlə, son 8 ayda yalnız "Sevilya" (İspaniya Kral Kuboku - 1:2) bu arenadan qələbə ilə ayrılmağı bacarıb. La Liqada "Barselona", "Vilyarreal", "Real" və "Jirona", avrokubokda isə "Qarabağ" "Vanda"nı başıyuxarı - 1 xalla tərk edib".

Son 22 ev oyununda "Atletiko"nu cəmi 6 komanda cəzalandırmağı bacarıb. Bunlar "Barselona", "Vilyarreal", "Qarabağ", "Real Sosyedad", "Sevilya" və "Jirona"dı.

Qeyd edək ki, Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində ötən il oktyabrın 31-də keçirilən "Atletiko" - "Qarabağ" matçı 1:1 hesabı ilə nəticələnmişdi. Həmin qarşılaşmada Azərbaycan çempionunun ispaniyalı yarımmüdafiəçisi Miçel 40-cı dəqiqədə hesabı açsa da, Tomasın ikinci hissədə (56-cı dəqiqədə) vurduğu qol madridlilərə 1 xal qazandırmışdı.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>