Dieqo Kosta yeni klubunun adını açıqladı
Bizi izləyin

İdman

Dieqo Kosta yeni klubunun adını açıqladı

“Atletiko” və İspaniya miillisinin hücumçusu Dieqo Kosta Madrid klubundan ayrılacağını təsdiqləyib. Bu haqda 25 yaşlı hücumçu özü goal.com saytına bildirib.

“Atletiko” və İspaniya miillisinin hücumçusu Dieqo Kosta Madrid klubundan ayrılacağını təsdiqləyib. Bu haqda 25 yaşlı hücumçu özü goal.com saytına bildirib.

Dünən İspaniya millisinin heyətində Sloveniya qarşı start heyətində oynadığı maçtdan (2:0) sonra açıqlama verən Dieqo Kosta bundan sonra karyerasını Londonun “Çelsi” klubunda davam etdirəcəyini söyləyib. “Soruşursunuz ki, “Çelsi”yə keçəcəyəmmi? Bəli, elə görsənir” – deyə o vurğulayıb.

Qeyd edək ki, Kostanın transferinə görə London klubunun “Atletiko”ya 40 milyon avro təzminat ödəyəcəyi, futbolçunun özünün isə İngiltərədə İspaniyadan üç dəfə artıq qazanacağı bildirilir./qol.az/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm