“Qəbələ” çempion oldu
Bizi izləyin

İdman

“Qəbələ” çempion oldu

Bakı İdman Sarayında şəhid polkovnik-leytenant Raquf Orucovun xatirəsinə həsr olunmuş “Raquf Orucov Kuboku” ikinci beynəlxalq cüdo turniri başa çatıb.

Publika.az xəbər verir ki, turnirdə Bakını və bölgələrimizi təmsil edən yaşı 21-dək olan oğlan və qızlardan ibarət komandalarla yanaşı, Rusiya və Gürcüstandan gələn cüdo klubları da iştirak ediblər.

Turnirin final görüşündə "Judo Club 2012” və “Qəbələ” klubları qarşılaşıblar. Daha yaxşı çıxış edən “Qəbələ” klubunun yeniyetmə cüdoçuları 5:1 hesabı ilə qalib gələrək “Raquf Orucov Kuboku”na sahib olublar.

Bürünc medallara “Atilla-1” və Gürcüstan komandaları layiq görülüblər.

Qaliblərə mükafatlar və qiymətli hədiyyələr təqdim olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm