Ərəblərin PSJ-si: Uğur sirrinin arxasındakı DETALLAR
Bizi izləyin

İdman

Ərəblərin PSJ-si: Uğur sirrinin arxasındakı DETALLAR

Fransa Liqa 1-də mövsümün bitməyinə 5 həftə qalmış çempionluğunu elan edən “Paris Sen-Jermen” ölkə daxilindəki müsabiqələrdə kuboklara embarqo qoyub.

Publika.az xəbər verir ki, qətərli iş adamı Nasir Əl-Xəlifinin klubu almasından sonra dünya futbolunun ulduzları ilə heyətini gücləndirən PSJ Avropada istədiyi uğuru əldə edə bilməsə də, Fransada verilən son 19 kubokdan 17-ni muzeyinə qoymağı bacarıb.

Yerli Kuboklar

Liqada evində oynadığı 17 matçda xal itirməyən, Avropanın 5 böyük liqası arasında 100 qol sərhədini keçən komanda uğurlu performansını çempionluqla taclandırdı. PSJ 1985-86, 1993-94, 2012-13, 2013-14, 2014-15, 2015-16 mövsümlərindən sonra Liqa 1-dəki 7-ci çempionluğuna imza atdı.

2013-14 mövsümündən bu yana biri liqada olmaqla, iki dəfə kubok turunu keçə bilməyən paytaxt təmsçilçisi 2016-17 mövsümündə lider “Monako”dan 8 xal geridə qalmışdı. PSJ son 19 kubokdakı ikinci xəyal qırıqlığını isə 2013-14 mövsümündə Fransa kubokunda yaşayıb. Keçmiş baş məşqçi Laurent Blank rəhbərliyi altında o mövsümdəki ilk məğlubiyyətini “Montpellier”ə qarşı yaşayan komanda Fransa kubokuna 10-cu turda vida edib. Lakin daha sonra 3 mövsüm üst-üstə Fransa kubokunu qaldırıb. Bu il isə “Kaen”i məğlub edərək adını finala yazdırıb. 3-cü liqa təmsilçisi “Les Herbiers” ilə qarşılaşacaq PSJ rəqibini məğlub edərsə, son 5 mövsümdə 18-ci kubokunu qazanacaq.

Paris təmsilçisi son ikisi “Monako”ya qarşı olmaqla, 2013-14, 2014-15, 2015-16, 2016-17 və 2017-18 mövsümlərində Liqa kubokunu muzeyinə aparıb. 2013, 2014, 2015, 2016 və 2017 illərində isə liqa çempionu ilə Fransa kubokunu qazanan komandaların qarşılaşdığı superkubokda qalib olub.

Avropada

Lakin bütün bu qalibiyyətlərin fonunda PSJ Avropada uğur sıxıntısı çəkir. 2013-14-dən etibarən UEFA Çempionlar Liqasında üst-üstə ¼ final oynayan Fransa təmsilçisi son iki ildə İspaniya komandasına məğlub olur. ¼ final oynadığı 2013-14 mövsümündə “Çelsi”, 2014-15-də “Barselona”, 2015-16-da “Mançester Siti”ni keçə bilməyən PSJ ötən mövsüm yenidən “Barselona”ya, bu mövsüm isə “Real Madrid”ə məğlub olub.

Transfer

PSJ yeni sahibi ilə birgə dünyaya səs salan transferlərə imza atıb. “Barselona”ya mövsümün əvvəlində Neymar üçün 222 milyon avro ödəyən klub transfer rekordunu qırıb və dünya futbol tarixinə düşüb. Daha sonra “Monako”nun gənc ulduzu Kilian Mbappeni isə 180 milyon avro qarşılığında, transfer hüququnu ala bilmək şərtilə icarə əsasında heyətinə qatdı.

Bu iki ulduzdan öncə PSJ hazırda heyətində olan Edison Kavani (64,5 milyon avro), Angel Di Maria (63 milyon avro), Tiaqo Silva ile Xavyer Pastore (hərəyə 42 milyon avro), Xulian Draksler (40 milyon avro) və Markinyosu (31.4 milyon avro) transfer edib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm