"Fənərbaxça" üçün ölüm-dirim günü - TFF bu tarixdə yekun qərarı açıqlayacaq
Bizi izləyin

İdman

"Fənərbaxça" üçün ölüm-dirim günü - TFF bu tarixdə yekun qərarı açıqlayacaq

Türkiyə kubokunun yarımfinal mərhələsi çərçivəsində keçirilən "Fənərbaxça" - "Beşiktaş" oyunu ilə bağlı yekun qərar aprelin 25-i veriləcək.

Publika.az Türkiyə Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, Bakı vaxtı ilə 14:00-da qurumun iclası olacaq və yekun qərar iclasda açıqlanacaq.

Qeyd edək ki, "Fənərbaxça" - "Beşiktaş” matçının ikinci hissəsində tribunadakı azarkeşlər qonaq komandanın qapıçısı Tolga Zengin haqqında təhqiramiz ifadələr işlədib. Bu zaman baş məşqçi Şenol Güneş qarşıdurmaya müdaxilə etmək istəyib. Tribunadan atılan bərk cisim baş məşqçinin başına dəyib və onu yaralayıb. Grəginliyin artması ilə birlikdə “Beşiktaş” komandası və hakim heyəti meydançanı tərk edib.

Görüşün baş hakimi Mete Kalkavan oyunu yarımçıq dayandırıb. Hakimlər baş verənlərə görə görüşün təxirə salınmasına qərar verib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm