• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Braziliyada faciə – Helikopter qəzasında öldü

  • İdman
  • 9 İyun 2014 10:25
  • 1 044 Baxış
Braziliyada faciə – Helikopter qəzasında öldü

Braziliyalı veteran futbolçu, "İnternasional"ın texniki direktoru Fernandao vəfat edib.

Publika.az xəbər verir ki, 36 yaşlı veteran forvard helikopter qəzasında həlak olub.

Qəza Aurana əyalətində baş verib. Nəticədə Fernandao da daxil olmaqla helikopterdəki 5 nəfər həlak olub. Qəzanın səbəbi bilinmir.

Qeyd edək ki, Fernandao karyerası ərzində Braziliyanın "Qoias", "İnternasional", "San Paulo", Fransanın "Olimpik" (Marsel), "Tuluza" və Qətərin "Əl-Qarafa" klublarında top qovub. DÇ-2006-da Braziliya millisinə dəvət alan hücumçu bir oyunda meydana çıxıb. Fernandao karyerasını 2011-ci ildə "San Paulo"da bitirib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR