Məşhur qadın aparıcılar futbola görə DÜŞMƏN OLDULAR: "Azarkeş hər şeyi söyləyə bilər”
Bizi izləyin

İdman

Məşhur qadın aparıcılar futbola görə DÜŞMƏN OLDULAR: "Azarkeş hər şeyi söyləyə bilər”

Türkiyənin iki məşhur qadın aparıcısı – Esra Erol və Müge Anlı futbol üstündə mübahisə edib.

Publika.az xəbər verir ki, çərşənbə günü “Fənərbaxça” – “Beşiktaş” derbisində çıxan olaylar aparıcıları bir-birinə düşmən edib.

“Fənərbaxça” azarkeşi Müge Anlı derbidə çıxan davalarda “Beşiktaş” komandasını ittiham edib. O, “futbolçular gedib azarkeşə hücum etməyəcəklər. Sən futbolçusan. Azarkeş hər şeyi söyləyə bilər” deyib.

Qatı beşiktaşlı olan Esra Erol isə həımkarının bu ifadələrinə sərt reaksiya verib: “Onların da hissləri var. Bir futbolçunun ölmüş anasına söymək bizim ənənəmizdə yoxdur”.

Esra Erolun bu sözlərindən sonra sakit dura bilməyən M.Anlı “A Spor” kanalının canlı yayımına zəng edib və ifadələrinin yanlış anlaşıldığı deyib. O, sözlərinin “Beşiktaş” komandasının futbolçularına deyil, bütün futbolçulara aid olduğunu bildirib.

Qeyd edək ki, Türkiyə kuboku çərçivəsində keçirilən derbidə “fənər”li azarkeşlər “Beşiktaş”ın qapıçısı Tolqa Zenginin anasına ağır söyüşlər söyüb. Qapıçı isə azarkeşlərə etiraz edərək anasının öldüyünü deyib.

Qarşıdurmanın qarşısını almaq istəyən baş məşqçi Şenol Güneş azarkeşlərin hücumuna məruz qalıb. Tribuandan atılan dəmir alışqan baş məşqçinin başını yarıb və o, xəstəxanaya aparılıb.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm