Ən soyuq “Sevincli liman” – FOTOLAR
Bizi izləyin

İdman

Ən soyuq “Sevincli liman” – FOTOLAR

Ən soyuq “Sevincli liman” – FOTOLAR

Braziliyada keçiriləcək dünya çempionatının startına az qaldığından Publika.az da mundialla bağlı xəbərlərin yükünü çoxaldıb.

Oxuculara dünya çempionatı ilə bağlı ən xırda məlumatları belə çatdırmağa cəhd edirik. Oxuculara çempionatın keçiriləcəyi şəhərlər haqqında qısa məlumat vermək istəyirik. Növbəti səyahətimiz Braziliyanın Portu-Alqeri şəhərinə olacaq.

Yüksək həyat səviyyəsinə görə, Braziliya ştatları arasında birinci yerdə durur. Portuqal dilindən “Sevincli liman” kimi tərcümə olunan şəhər dünya çempionatının keçirildiyi bütün şəhərlərdən cənubda yerləşir. Bu səbəbdən mundialın keçirildiyi müddətdə burada havanın temperaturu 10-15 dərəcəyə kimi enəcək. Beləliklə, DÇ-nin keçiriləcəyi müddətdə ən soyuq şəhərlə yaxından tanış olaq.

Dünya çempionatının oyunları cənubi Braziliyanın ən böyük stadionu olan “Beyra-Rio”da baş tutacaq. Stadionun tamaşaçı tutumu 90 min nəfərdir, lakin FİFA-ın tələbi ilə 56 minə endirilib.

İnşasında yerli əhalinin də iştirak etdiyi Portu-Aleqri stadionunda 1/8 final qarşılaşmasından əlavə daha 4 matç keçiriləcək.

15 iyun: Fransa-Honduras (E qrupu); 18 iyun: Avstraliya-Hollandiya (B qrupu); 22 iyun: Cənubi Koreya-Əlcəzair (H qrupu); 25 iyun: Nigeriya-Argentina (F qrupu); 30 iyun: 1/8 matçı.

Portu-Aleqiyə yolunuz düşsə, o zaman dahi braziliyalı şair Mario Kintanın yaşadığı mədəniyyət mərkəzini ziyarət etməyi unutmayın. Şəhər bir sıra mədəniyyət ocaqları ilə məşhurdur.

Camalə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm