Daha bir braziliyalı ulduz karyerasına nöqtə qoydu
Bizi izləyin

İdman

Daha bir braziliyalı ulduz karyerasına nöqtə qoydu

Braziliyanın "Flamenqo" klubunun formasını geyinən Julio Sezar 38 yaşında futbol karyerasına nöqtə qoyub.

Publika.az xəbər verir ki, o, Braziliya A seriyasında "Atletiko Mineyro" ilə oyunda sonuncu dəfə çərçivəni qoruyub.

Öz dövrünün etibarlı qolkiperlərindən olan Julio karyerası ərzində "İnter", KPR (İngiltərə), "Benfika" və "Toronto" kimi klubların şərəfini qoruyub. Milan klubuyla Çempionlar Liqasının, Braziliya millisiylə isə iki dəfə FİFA Konfederasiyalar kubokunun və bir dəfə Amerika kubokunun qalibi olub.

Julio Sezar karyerasının son oyununu qələbəylə başa vurub. "Flamenqo" "Atletiko Mineyro"nu 2:0 hesabı ilə məğlub edib.

Pərviz Hikmət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm