İdman
Qurbanov Mircavadovun rekordunu təkrarladı - SİYAHI
Bu gün Azərbaycan Premyer Liqasında ölkə çempionunun adı bəlli olub.
Publika.az PFL-in saytına istinadən xəbər verir ki, ümumilikdə 6-cı dəfə qızıl medallara yiyələnən “Qarabağ” 5-ci dəfə Qurban Qurbanovun rəhbərliyi altında çempionluq sevinci yaşayıb. Bununla da 46 yaşlı mütəxəssis baş məşqçi kimi qazandığı qızıl medalların sayında Azərbaycan rekordunu təkrarlayıb. Bunadək rekordun vahid sahibi Ağasəlim Mircavadov idi. “Qarabağ”ı ilk çempionluğuna daşıyan mütəxəssis sonradan iki dəfə “Şəmkir, bir dəfə “Neftçi” və “Xəzər Lənkəran”la uğur qazanıb. Lakin eyni komandada, həm də ardıcıl qazanılan qızıl medallarda Qurbanov öz rekordunu yeniləyib. Bütün çempionluqları “Qarabağ”la yaşayan çalışdırıcı bu uğurları ardıcıl gerçəkləşdirib.
Ümumilikdə, 10 baş məşqçi komandası ilə Azərbaycan çempionatının 1-cisi olub. Hərəyə 5 çempionluq qazanan Mircavadovla Qurbanovdan başqa, Kazbek Tuayev 4, Mehman Allahverdiyev və Böyükağa Hacıyev hərəyə 3 dəfə uğur qazanıb. Digər 5 çalışdırıcı - Əhməd Ələsgərov, Valentin Xodukin, Qyoko Hacievski, Kaxaber Sxadadze və Arif Əsədov hərəyə 1 dəfə uğur qazanıb.
mövsüm |
çempion |
1992 |
Əhməd Ələsgərov |
1993 |
Ağasəlim Mircavadov |
1993/94 |
Kazbek Tuayev |
1994/95 |
Mehman Allahverdiyev |
1995/96 |
Kazbek Tuayev |
1996/97 |
Kazbek Tuayev |
1997/98 |
Mehman Allahverdiyev |
1998/99 |
Mehman Allahverdiyev |
1999/2000 |
Ağasəlim Mircavadov |
2000/01 |
Ağasəlim Mircavadov |
2001/02 |
yarımçıq qalıb |
2002/03 |
Keçirilməyib |
2003/04 |
Kazbek Tuayev |
2004/05 |
Ağasəlim Mircavadov |
2005/06 |
Böyükağa Hacıyev |
2006/07 |
Ağasəlim Mircavadov |
2007/08 |
Valentin Xodukin |
2008/09 |
Qyoko Hacievski |
2009/10 |
Kaxaber Sxadadze |
2010/11 |
Arif Əsədov |
2011/12 |
Böyükağa Hacıyev |
2012/13 |
Böyükağa Hacıyev |
2013/14 |
Qurban Qurbanov |
2014/15 |
Qurban Qurbanov |
2015/16 |
Qurban Qurbanov |
2016/17 |
Qurban Qurbanov |
2017/18 |
Qurban Qurbanov |
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye