"Beşiktaş"dan inamlı qələbə
Bizi izləyin

İdman

"Beşiktaş"dan inamlı qələbə

Türkiyə Superliqasının 30-cu turunda turnir cədvəlinin üçüncü pilləsində qərarlaşan "Beşiktaş" öz meydanında "Yeni Malatyaspor"u qəbul edib.

Publika.az xəbər verir ki, oyunda son çempion "Beşiktaş" rəqibinə 3:1 hesabı ilə qalib gəlib. Bu qələbə sayəsində beşiktaşlılar xallarının sayını 62-yə çatdıraraq "Başakşehir" komandası ilə xallarını bərabərləşdirib və turnir cədvəlində bir pillə irəliləyərək top fərqinə görə rəqibini qabaqlayıblar. "Beşiktaş" eyni zamanda, 63 xalla çempionatın lideri olan "Qalatasaray"la arasındakı xal fərqini azaldıb. Hazırda hesabında 62 xal olan "Başakşehir" üçüncü sırada qərarlaşıb. "Fənərbağça" 57 xalla dördüncü, "Trabzonspor" 46 xalla beşinci yerdədir.

Qeyd edək ki, tur çəçirvəsində ötən gün keçirilmiş oyunda çempionluq uğrunda yarışan komandalardan "Qalatasaray" klubu səfərdə "Alanyaspor"u 3:2 hesabı ilə məğlub etmişdi.

Tura aprelin 23-də keçiriləcək "Fənərbağça" – "Antalyaspor" oyunu ilə yekun vurulacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm