“Traktor Sazi” Sağlamla yollarını ayırır
Bizi izləyin

İdman

“Traktor Sazi” Sağlamla yollarını ayırır

Təbrizin “Traktor Sazi” klubu türkiyəli mütəxəssis Ərtoğrul Sağlamla yollarını ayırır.

Publika.az xəbər verir ki, buna səbəb baş məşqçinin ona olan ümidləri doğrultmamasıdır.

Türkiyəli baş məşqçi bu ilin yanvar ayında Təbriz komandası ilə müqavilə imzalamış, o dövrdə İran liqasında 11-ci sırada olan komandanı daha yuxarı pillələrə qaldırmağı hədəflədiyini bildirmişdi.

Təbrizə gedərkən yüzlərlə azarkeş tərəfindən qarşılanan 48 yaşlı çalışdırıcı söz verdiyi sıçrayışı komandaya yaşada bilmədi. Liqada 10-cu yerdə qərarlaşan və Asiya Çempionlar Liqasını sonuncu sırada tamamlayan “qırmızı-ağlar” baş məşqçisini dəyişmək qərarına gəlib. Onlar Ə.Sağlamın yaxşı mütəxəssis olduğunu, lakin İran liqası haqqında kifayət qədər məlumatlı olmadığını bildiriblər.

İran liqasında çempionun bəlli olmasına 2 matç qaldı və “Traktor Sazi” bu gün evində son matçına çıxacaq.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm