İdman
"Qarabağ"ın çempionluğunda "Qəbələ" amili və 62 İLLİK TƏSADÜF
Premyer Liqanın 24-cü turu çərçivəsində “Sumqayıt”la qarşılaşan “Qarabağ” 1:0 hesabı ilə qalib gəlib və liqanın bitməsinə 4 tur qalmış çempionluğunu təmin edib.
Hazırda aktivində 59 xalı olan Ağdam klubu ən yaxın rəqibi olan “Qəbələ”ni 17 xal geridə qoyub. Son qələbə “Qarabağ”ın son 5 mövsümdə ardıcıl, ümumilikdə isə 6-cı çempionluğunu gətirib. Lakin çempionluqdan daha çox azarkeşləri, xüsusilə, “İmarət tayfa” fanklubunu duyğulandıran bir məqam var. O da çempionluğun rəsmiləşdiyi oyunun “Qarabağ”ın futbolçusu, Milli Qəhrəman, şəhid Allahverdi Bağırovun doğum gününə təsadüf etməsidir.
“İmarət tayfa”nın və bütünlükdə “Qarabağ”ın səcdə etdiyi və daim adını ucalarda tutduğu bu qəhrəman Xocalı faicəsi zamanı təkbaşına 1003 əsiri xilas etməsi ilə Ağdam klubu azarkeşlərinin and yerinə çevrilib.
Publika.az “Qarabağ”ın ardıcıl 5-ci dəfə çempion olmasında rol oynayan amilləri təcrübəli mütəxəssislərdən soruşdu.
Milli komandanın sabiq baş məşqçisi Şahin Diniyevə görə, “Qarabağ” heyət baxımından lider olduğunu ortaya qoydu:
“Mövsümün əvvəlində də bəlli idi ki, “Qarabağ” heyət baxımından, komanda olaraq daha güclüdür. Sadəcə olaraq, zamana ehtiyacı var idi. Gözlənilirdi ki, “Qəbələ” bu komandaya qarşı rəqabət yaratsın. Çünki Ağdam klubuna heyət baxımından yalnız “Qəbələ” potensial rəqib ola bilərdi. Ancaq gözləntilər özünü doğrultmadı və “Qarabağ” liqanın başa çatmasına 4 tur qalmış çempionluğunu təmin etdi. Bunu da layiqli şəkildə əldə etdi. Sona 4 tur qalmış ən yaxın rəqiblə 17 xallıq fərqin olması onu göstərir ki, “Qarabağ” rəqibsiz çempionluq əldə etdi. Bu rəqabətsizlik ümumilikdə çempionata xas xüsusiyyətdir”.
AFFA İntizam Komitəsinin idarə heyətinin üzvü, Milli komandanın sabiq baş məşqçisi Vaqif Sadıqov isə digər komandaların “Qarabağ”a çətinlik yaratdığını vurğuladı:
“Son illərdə “Qarabağ” sona bir neçə tur qalmış çempion olur. Bu il də ənənəni pozmadı və güclü olduğunu bir daha sübut etdi. Artıq Avropada brendə çevrilmiş komandamız cari çempionatda da lider olduğunu təsdiq etdi. Ürəkdən təbrik edirəm və Avropada daha gözəl şanslar arzu edirəm. Əvvəldən sezilirdi ki, sürpiz baş verməsə, çempion elə “Qarabağ” olacaq. İstər heyətə, istər oyuna, istərsə də klubun infrastrukturuna görə Ağdam klubu çempionluğa layiq olduğunu sübut etdi. Deməzdim ki, liqada rəqabət yox idi. İdman prinsipləri ilə desək, “Qarabağ” üstün olduğunu nəticə ilə təsdiq edirdi. Bu il “Qarabağ” cəmi 1 oyunda 2 top vurub. Çünki komandalar “Qarabağ”a qarşı dirənir, müqavimət göstərirdi. Nəzərə alsaq ki, bu komandanın məşqçisi həm də millimizin çalışdırıcısıdır, çempionluğun təsadüfi olmadığını görərik”.
Milli komandamızın sabiq baş məşqçisi Ağasəlim Mircavadov da “Qarabağ”ın rəqibsiz lider olduğunu qeyd etdi:
“Qarabağ” liqa yolunda asanlıqla irəlilədi. Hətta Çempionlar Liqasında da uğurlu çıxış etdi. “Qarabağ” özü necə işləməyin lazım olduğunu bilir. Həmçinin ardıcıllığı qorumağı da. “Qarabağ”ın “Qəbələ” ilə böyük xal fərqi onun rəqabətsiz çempion olduğunu göstərir. Son illər liqada komandanın sayı azalıb. Ancaq bu o demək deyil ki, Ağdam klubun yüksəlməsində bu məqamın təsiri var. Çempionluğa doğru stabil irəliləyişlə getdi və bəhrəsini də gördü. Ardıcıl 5 mövsüm çempion olmaq və rəqabətsizlik şəraitində oynamaq komandada arxayınlaşmaq yarada bilər. Ancaq peşəkar futbolçu üçün arxayınlıq sözü yoxdur. Çünki bu bir peşədir. Komanda öz oyunu ilə azarkeş toplamaq lazımdır. Nəyə görə Çempionlar Liqasının oyunlarda 60 000 insan stadiona gedir, ancaq liqada 60 nəfər güclə yığışır. Bu da şərtlərdən sayılır. Ancaq peşəkar futbolçu bunu nəzərə almalıdır. Çünki o, azarkeş üçün oynayır. İndi “Qarabağ” çempionluğun eyforiyasından çıxıb Çempionlar Liqasına hazırlaşmalıdır”.
Zümrüd
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər
-
Magazin125 Aprel 22:48
Müşfiq Musanın məşhur mahnısını oxudu - VİDEO
-
Magazin125 Aprel 22:00
Firuzə İbadova həmin xəbəri TƏKZİB ETDİ: "Onun ruhu şad olsun deyə..."
-
Sosial25 Aprel 21:24
Bakıda qızı açıq-saçıq geyiminə görə mağazadan qovdular - VİDEO
-
İnanc25 Aprel 20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO
-
Cənubi Qafqaz25 Aprel 19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü