Cengiz Ünder "Roma"nın "Liverpul"a qarşı silahını açıqladı
Bizi izləyin

İdman

Cengiz Ünder "Roma"nın "Liverpul"a qarşı silahını açıqladı

“Roma”nın türkiyəli gənc ulduzu Cengiz Ünder Çempionlar Liqasının yarımfinalında qarşılaşacağı “Liverpul”la matçdan öncə müsahibə verib.

Publika.az xəbər verir ki, 20 yaşlı hücumçu fikirlərini “Corriere dello Sport” qəzeti ilə bölüşüb.

Müsahibədən maraqlı məqamları təqdim edirik.

- “Roma” hansı silahı ilə “Liverpul”u məğlub edə bilər?

- Biz öz oyunumuz ilə komanda halında oynayıb baş məşqçimizin tapşırıqlarını yerinə yetirərsək, matçı qazanacağımızı düşünürük. Bunu “Barselona” matçında da göstərdik. Birlikdə oynadıq, bir-birimizə kömək etdik, dəstəklədik və qazandıq. “Barselona” qarşısındakı uğurlu oyunumuzu “Liverpul” qarşısında da təkrarlamaq istəyirik.

- Məhəmməd Salahın yerini tutdun və bu gün sizə qarşı “Liverpul”un ən təhlükəli silahı kimi meydana o çıxacaq.

- Salahın yerinə “Roma”nın məni seçmiş olmasından böyük qürur duyuram. “Liverpul” üçün Salah çox önəmli bir futbolçudur. Ötən mövsüm də böyük işlər gördü. Onun kimi böyük bir oyunçunun yerini tutduğum üçün məndən də tələblər çoxdur. Yanvardan sonra gerçək dəyərimi meydanda göstərməyə başladım.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm