"Sumqayıt"ın rəhbərinə yüksək vəzifə verildi
Bizi izləyin

İdman

"Sumqayıt"ın rəhbərinə yüksək vəzifə verildi

Milli Məclisin 43 saylı Sumqayıt üçüncü seçki dairəsindən seçilmiş IV çağırış millət vəkili Muxtar Babayev Nazirlər Kabinetinin yeni tərkibi haqqında dünənki prezident sərəncamı ilə ekologiya və təbii sərvətlər naziri təyin edilib.

Publika.az xəbər verir ki, M.Babayev həm də “Sumqayıt” Futbol Klubunun Müşahidə Şurasının sədridir.

Qeyd edək ki, Muxtar Babayev 2010-cu ildən “Sumqayıt”ın sponsorlarından olan "Azərikimya" İstehsalat Birliyinin Müşahidə Şurasının sədri idi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm