Qalmaqallı derbinin yeni faktları ortaya çıxdı - Təhlükəsizlik işçiləri həbs edilir
Bizi izləyin

İdman

Qalmaqallı derbinin yeni faktları ortaya çıxdı - Təhlükəsizlik işçiləri həbs edilir

“Fənərbaxça” ilə “Bşiktaş” komandaları arasında Türkiyə kubokunun yarımfinal mərhələsi çərçivəsində baş tutan, tribunadan meydançaya müdaxilələr nəticəsində yarımçıq qalan matç barədə yeni faktlar ortaya çıxıb.

Publika.az xəbər verir ki, Mütəşəkkil Cinayətlərlə Mübarizə komandası hadisənin istintaqından çəkilib. Komanda derbidə yaşanan hadisələrin matçın atmosferindən irəli gəldiyini söyləyib və işlərinin yekunlaşdığını bildirib.

İstintaq İdman Təhlükəsizliyi Şöbəsi tərəfindən davam etdirilir. Hadisə ilə bağlı staidonun 873 kamerasının çəkdiyi görüntülər araşdırdırılıb və hadisədə iştirak edən 36 nəfər həbs edilib. “Beşiktaş”ın qapıçısı Tolqa Zengin və komandanın texniki heyətinə zorakılıq tətbiq edən 3 təhlükəsizlik işçisinin həbs edilməsi üçün məhkəmədən qərar gözlənilir.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm