Almaniyada italyana atılan fransız kəlləsi – VİDEO
Bizi izləyin

İdman

Almaniyada italyana atılan fransız kəlləsi – VİDEO

Almaniyada italyana atılan fransız kəlləsi – VİDEO

Mundialın başlamasına cəmisi 3 gün qalıb.

Dünya çempionatı bir ölkədə keçirilən bir aylıq futbol yarışması deyil. Mundial bütün dünyada yaşından, peşəsindən aslı olmayaraq hər kəsi ağuşuna alan bir bayramdı. Hər dəfə dünya çempionatları ərəfəsində mundialların tarixi bir daha vərəqlənir. 1930-cu ildən start götürən dünya çempionatalrı ilə bağlı mühüm məqamlar xatırlanır. Planetin bütün futbol azarkeşlərinin diqqətinin mundiala yönələcəyini nəzərə alan Publika.az saytı “Mundial səyahəti” layihəsi çərçivəsində oxuculara dünya çempionatlarının tarixi ilə bağlı yazılar təqdim edir. Növbəti yazı 2006-ci ildə Almaniyada keçirilmiş dünya çempionatına həsr olunub.

78 yaşlı yeni zelandiyalının şübhəli “bitərəf”liyi

Bu mundial başlamazdan xeyli əvvəl “qalmaqallı” statusunu almışdı. Turnirin Almaniyada keçiriləcəyi məlum olan kimi hay-küy qopdu. Ev sahibini müəyyənləşdirən tenderdəki səsvermədə gedən pərdəarxası oyunlar uzun müddət dünya futbol ictimaiyyətinin müzakirə mövzusu oldu. İkinci mərhələdə o vaxtlar Okeaniya Konfederasiyasına rəhbərlik edən 78 yaşlı yeni zelandiyalı Çarlz Dempsi bitərəf qaldı (baxmayaraq ki, buna qədər dəfələrlə CAR-a dəstək mesajları vermişdi) və bununla da almanlar rəqibini cəmi bir səs qabaqladı (səslər bərabər olsaydı, son sözü Blatter deyəcəkdi, o isə Afrika tərəfdarı idi). Adalı qərarını belə izah etdi ki, ona və həmkarlarına şübhəli mətnli məktublar gəlirdi və o, bu palçığa girmək istəmədi. Məmurlar təhqiqat aparsalar da, təbii ki, nəticəsiz qaldı. Qalmaqallar turnirin gedişində də davam etdi. Almaniyanın yaşıl meydanlarında rezonanslı durumlar yetərincə idi. Bəzən oyunun özü və heç vaxt olmadığı qədər ekzotik iştirakçıları (Trinidad və Tobaqo, Toqo, Anqola) ikinci plana keçirdi. Məsələn, qrup mərhələsində ingilis hakim Qrem Poll xorvat Yosip Şimuniçə üç sarı vərəqə göstərmişdi. Onun rus həmkarı Valentin İvanov pley-offda “fərqlənərək” futbolçulara 16 sarı və 4 qırmızı vərəqə (DÇ rekordu) göstərdi. Ümumiyyətlə, DÇ-2006 mundiallar tarixinin ən kobudu oldu - 307 sarı, 28 qırmızı vərəqə!

“Əslində, Zidana nə demişdim”

1/8 finalda İtaliya - Avstraliya matçının son saniyələrində ispan hakim Luis Medina Kantalexonun verdiyi şübhəli penalti, 1/4 finalda isə oyunsonrası penaltilər zamanı Almaniya və Argentina yığmalarının oyunçularının, texniki personalının bir-biriylə davaya girişməsi yadda qaldı.

Kulminasiya isə finalda oldu. Matçın 110-cu dəqiqəsində Zinəddin Zidan italyanların cərimə meydançasında top uğrunda mübarizədən sonra müdafiəyə qayıdırdı. Ancaq birdən fransız geri qayıdaraq Marko Materatsinin sinəsinə başıyla zərbə vurdu. Çoxları epizodu görmədi. Elə argentinalı baş hakim də həmçinin. Ancaq ehtiyat hakimin köməyi işə yaradı və Zidan qırmızı vərəqəylə meydançanı tərk etdi. Onun dünya kubokunun yanından keçdiyi və paltardəyişmə otağına yollandığı epizod heç vaxt yaddan çıxmayacaq. Onda yalnız tənbəllər italyanın Zidanı hansı sözlərlə təhrik etdiyini öyrənməyə çalışmırdı. Bir çoxları dodaqdan oxuma mütəxəssislərini cəlb edirdilər. Maraqlıdı ki, tezliklə Materatsi “Əslində, Zidana nə demişdim” adlı kitab yazaraq, orda 249 mümkün söz variantı yazmış, məsələyə ironik yanaşmışdı. Jurnalistlərin fikrincə, Materatsi bu sözlərin içərisində əslində, dediyi sözləri yazmamış, qorxmuşdu.

Zidanın reaksiyası belə idi: “O an Materatsinin nə dediyini deməyəcəm. Bu, çox şəxsidi. Yalnız onu deyə bilərəm ki, bu, anam və bacım haqda idi. Mən finala baxan bütün uşaqlardan üzr istəyirəm. Etdiyim hərəkətə heç bir bəraət yoxdu”.

Yeri gəlmişkən, FİFA İntizam Komitəsi futbolçunu cəzalandıraraq ona humanitar aksiya çərçivəsində üç gün uşaq və gənclərlə ictimai işə cəlb etdi.

DÇ-2006

Almaniya

Final mərhələsi: 9 iyun - 9 iyul

32 komanda 8 qrupda mübarizə apardıqdan sonra 16 ən yaxşı komanda 1/8 finala yüksələrək mübarizəni kubok sistemiylə davam etdiriblər.

64 oyun, 3353655 tamaşaçı (orta hesabla hər oyunda 52401)

147 qol, (orta hesabla hər oyunda 2,3)

Ən yaxşı futbolçu: Zinəddin Zidan (Fransa)

Bombardir: Miroslav Kloze (Almaniya) - 5.

Qrup A

1.Almaniya 3 3 0 0 8-2 9

2.Ekvador 3 2 0 1 5-3 6

3.Polşa 3 1 0 2 2-4 3

4.Kosta-Rika 3 0 0 3 3-9 0

Qrup B

1.İngiltərə 3 2 1 0 5-2 7

2.İsveç 3 1 2 0 3-2 5

3.Paraqvay 3 1 0 2 2-2 3

4.Trinidad və T. 3 0 1 2 0-4 1

Qrup C

1.Argentina 3 2 1 0 8-1 7

2.Hollandiya 3 2 1 0 3-1 7

3.Fil Dişi Sahili 3 1 0 2 5-6 3

4.Serbiya və Ç 3 0 0 3 2-10 0

Qrup D

1.Portuqaliya 3 3 0 0 5-1 9

2.Meksika 3 1 1 1 4-3 4

3.Anqola 3 0 2 1 1-2 2

4.İran 3 0 1 2 2-6 1

Qrup E

1.İtaliya 3 2 1 0 5-1 7

2.Qana 3 2 0 1 4-3 6

3.Çexiya 3 1 0 2 3-4 3

4.ABŞ 3 0 1 2 2-6 1

Qrup F

1.Braziliya 3 3 0 0 7-1 9

2.Avstraliya 3 1 1 1 5-5 4

3.Xorvatiya 3 0 2 1 2-3 2

4.Yaponiya 3 0 1 2 2-7 1

Qrup G

1.İsveçrə 3 2 1 0 4-0 7

2.Fransa 3 1 2 0 3-1 5

3.C.Koreya 3 1 1 1 3-4 4

4.Toqo 3 0 0 3 1-6 0

Qrup H

1.İspaniya 3 3 0 0 8-1 9

2.Ukrayna 3 2 0 1 5-4 6

3.Tunis 3 0 1 2 3-6 1

4.S.Ərəbistanı 3 0 1 2 2-7 1

1/8 final

Almaniya – İsveç – 2:0

Argentina – Meksika -2:1 (ə.v.)

İngiltərə - Ekvador – 1:0

Portuqaliya – Hollandiya – 1:0

İtaliya – Avstraliya – 1:0

İsveçrə - Ukrayna – 0:0 (0:3 pen.)

Braziliya – Qana – 3:0

İspaniya – Fransa – 1:3

1/4 final

Almaniya – Argentina 1:1 (4:2 pen.)

İtaliya – Ukrayna – 3:0

İngiltərə - Portuqaliya 0:0 (1:3 pen.)

Braziliya – Fransa – 0:1

1/2 final

Almaniya – İtaliya - 0:2 (ə.v.)

Portuqaliya – Fransa – 0:1

3-cü yer

Almaniya – Portuqaliya – 3:1

Final

İtaliya – Fransa 1:1 (5:3 pen.)

Bütün oyunlar

1. Almaniya - Kosta-Rika 4:2

2. Polşa - Ekvador 0:2

3. İngiltərə - Paraqvay 1:0

4. Trinidad və Tobaqo - İsveç 0:0

5. Argentina - Fil Dişi Sahili 2:1

6. Serbiya və Çernoqoriya - Hollandiya 0:1

7. Meksika - İran 3:1

8. Anqola - Portuqaliya 0:1

9. İtaliya - Qana 2:0

10. ABŞ - Çexiya 0:3

12. Avstraliya - Yaponiya 3:1

11. Braziliya - Xorvatiya 1:0

13. Fransa - İsveçrə 0:0

14. C.Koreya - Toqo 2:1

15. İspaniya - Ukrayna 4:0

16. Tunis - S.Ərəbistanı 2:2

17. Almaniya - Polşa 1:0

18. Ekvador - Kosta-Rika 3:0

19. İngiltərə - Trinidad və Tobaqo 2:0

20. İsveç - Paraqvay 1:0

21. Argentina - Serbiya və Çernoqoriya 6:0

22. Hollandiya - Fil Dişi Sahili 2:1

23. Meksika - Anqola 0:0

24. Portuqaliya - İran 2:0

25. İtaliya - ABŞ 1:1

26. Çexiya - Qana 0:2

27. Braziliya - Avstraliya 2:0

28. Yaponiya - Xorvatiya 0:0

29. Fransa - C.Koreya 1:1

30. Toqo - İsveçrə 0:2

31. İspaniya - Tunis 3:1

32. S.Ərəbistanı - Ukrayna 0:4

33. Ekvador - Almaniya 0:3

34. Kosta-Rika - Polşa 1:2

35. İsveç - İngiltərə 2:2

36. Paraqvay - Trinidad və Tobaqo 2:0

37. Hollandiya - Argentina 0:0

38. Fil Dişi Sahili - Serbiya və Çernoqoriya 3:2

39. Portuqaliya - Meksika 2:1

40. İran - Anqola 1:1

41. Çexiya - İtaliya 0:2

42. Qana - ABŞ 2:1

43. Yaponiya - Braziliya 1:4

44. Xorvatiya - Avstraliya 2:2

45. Toqo - Fransa 0:2

46. İsveçrə - C.Koreya 2:0

47. S.Ərəbistanı - İspaniya 0:1

48. Ukrayna - Tunis 1:0

49. Almaniya - İsveç 2:0

50. Argentina - Meksika 2:1

51. İngiltərə - Ekvador 1:0

52. Portuqaliya - Hollandiya 1:0

53. İtaliya - Avstraliya 1:0

54. İsveçrə - Ukrayna - 0:0, p-0:3

55. Braziliya - Qana 3:0

56. İspaniya - Fransa 1:3

57. Almaniya - Argentina 1:1, p-4:2

58. İtaliya - Ukrayna 3:0

59. İngiltərə - Portuqaliya - 0:0, p-1:3

60. Braziliya - Fransa 0:1

61. Almaniya - İtaliya 0:2

62. Portuqaliya - Fransa 0:1

63. Almaniya - Portuqaliya 3:1

64. İtaliya - Fransa - 1:1, p-5:3

Oxumağa davam et
Reklam
Reklam

Gündəm