Rekordları alt-üst edən müsəlman oğlan
Bizi izləyin

İdman

Rekordları alt-üst edən müsəlman oğlan

“Liverpul”un hücumçusu Mohammed Salah uğurlu çıxışını davam etdirir.

Apasport.az saytının məlumatına görə, misirili oyunçu “Roma”ya qarşı ÇL-yarımfinal ilk matçında dublla yadda qalıb.

Bununla da hücumçu milli və klub səviyyəsində 2018-ci ildə meydana çıxdığı 19 oyununda 21-ci qolunu vurub.

Bundan əlavə, o, Çempionlar Liqasında 15 il sonra bir mövsümdə 9 və daha artıq qol vuran ilk Premyer Liqada çıxış edən oyunçu olub. Daha əvvəl 2002/03 mövsümündə “Mançester Yunayted”də çıxış edən Rud Van Nisterloy bunu bacarmışdı.

“Liverpul”un heyətində isə heç bir oyunçu bir mövsümdə 10 qol vurmamışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm