"Real" finala bir addım yaxınlaşdı - (YENİLƏNİR)
Bizi izləyin

İdman

"Real" finala bir addım yaxınlaşdı - (YENİLƏNİR)

Bu gün futbol üzrə Çempionlar Liqasında (ÇL) yarımfinal mərhələsinin daha bir ilk oyunu keçirilib.

Publika.az xəbər verir ki, turnirin son qalibi "Real” Almaniyada "Bavariya”nın qonağı olub. Bu kollektivlər avrokuboklarda rekord sayda – 25-ci dəfə üz-üzə gəlib.

Meydan sahibləri hesabı açsa da, üstünlüyünü qoruya bilməyib. İlk hissədə iki futbolçusunun zədələnməsi də "Bavariya"nın oyununa təsirsiz ötüşmədi. Səfərdən sərfəli nəticə ilə dönən Madrid klubu cavab matçına daha rahat çıxacaq.

Çempionlar Liqası. Yarımfinal, ilk oyun

25 aprel

22:45. "Bavariya” (Almaniya) – "Real Madrid” (İspaniya) 1:2

Qol: Kimmix, 28 - Marselo, 43. Asensio, 57.

Baş hakim: Byörn Keypers (Hollandiya)

Qeyd edək ki, digər ilk yarımfinal görüşündə "Liverpul" İngiltərədə "Roma"nı darmadağın edib - 5:2.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm