Rusiya Salaha viza verməyəcək? - ŞOK TƏKLİF
Bizi izləyin

İdman

Rusiya Salaha viza verməyəcək? - ŞOK TƏKLİF

UFC versiyası üzrə yüngül çəkidə dünya çempionu Habib Nurmaqomed "Liverpul"un misirli futbolçusu Məhəmməd Salahın pərəstişkarlarını qıcıqlandıracaq təklif verib.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, MMA döyüşçüsü futbol üzrə dünya çempionatında Rusiya ilə eyni qrupda yer alan Misir millisinin əsas oyunçusu Salahın qarşısını almaq üçün yol göstərib. O, bunun üçün ən yaxşı variantın Salahı Rusiyaya buraxmamaq olduğunu deyib. Əlbəttə, o, bu haqda sosial şəbəkədə zarafatla status yazıb.

Qeyd edək ki, Rusiya DÇ-2018-də Uruqvay, Misir və Səudiyyə Ərəbistanı ilə eyni qrupda mübarizə aparacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm