İdman
"Beşiktaş" üçün kritik gün - "Fənərbaxça" ilə matça çıxmayacağı təqdirdə alacağı cəzalar
Türkiyə kubokunun yarımfinal cavab matçları çərçivəsində keçirilən və yarımçıq qalan “Fənərbaxça” – “Beşiktaş” matçı ilə bağlı Türkiyə Futbol Federasiyasının matçı qaldığı yerdən davam etdirmək qərarı hər iki klubun cameəsində fərqli reaksiyalar doğurub.
Publika.az xəbər verir ki, “Fənərbaxça”nın vitse-prezidenti Şekip Mosturoğlu matçın meydançada davam etməsini və haqqı olanın finala qalmasını arzuladıqlarını deyib.
“Beşiktaş” cəbhəsi və xüsusilə, matç zamanı başı yarılan baş məşqçi Şenol Güneş isə qərara sərt etiraz bildirib. Ş.Güneş və komanda matça çıxmamaqda qərarlı olduğunu bildirib. Klubun idarə heyəti bu gün yerli vaxtla saat 15:00-da keçirəcəyi toplantında matça çıxıb-çıxmamaqla bağlı yekun qərarını verəcək.
“Beşiktaş” matça çıxmayacağı təqdirdə, klubu ağır cəzalar gözləyir. Belə ki, “Beşiktaş” texniki məğlubiyyət alacaq, gələn il Türkiyə Kubokuna qatıla bilməyəcək və Türkiyə Kuboku çərçivəsində əldə etdiyi bütün maddi qazancları geri qaytarmalı olacaq.
Zümrüd
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!