Açıqladı: “Qalatasaray”da qalacam”
Bizi izləyin

İdman

Açıqladı: “Qalatasaray”da qalacam”

Açıqladı: “Qalatasaray”da qalacam”

Roberto Mançini “Qalatasaray”dan gedəcəyi ilə bağlı yaranan söz-söhbətə münasibət bildirib.

Publika.az xəbər verir ki “Qalatasaray”la müqaviləsini 15 iyuna qədər ləğv etmə haqqına sahib olan Mançini, sarı-qırmızılı klubdakı gələcəyi haqqında danışıb:

“Qalatasaray"da qalacam. Burda müvəffəqiyyətli bir mövsüm keçirdim. Düzdü, İtaliya və İtaliya futbolu üçün çox darıxdım, ancaq açıq deyəcəyim bir məsələ var, “Qalatasaray”da qalıb davam edəcəm. 2 illik müqaviləm var və burda işlərim yaxşı gedir. Hələ qarşıda bizi Çempionla Liqasında oynamaq gözləyir”.

Xatırladaq ki, türkiyə mediası "Qalatasaray"ın prezidenti Ünal Aysalın Roberto Mançini ilə yollarını ayıracağını və Mirça Luçesku ilə müqavilə imzalayacağını yazırdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm