“Azərsu” çempionluğu rəsmiləşdirdi
Bizi izləyin

İdman

“Azərsu” çempionluğu rəsmiləşdirdi

Qadın həndbolçular arasında Azərbaycan çempionatında 20-ci - sonuncu tura start verilib.

Azərbaycan Həndbol Federasiyasından Publika.az-a bildirilib ki, ilk oyun günündə Mingəçevirin “Nur” komandası “Kür” Olimpiya İdman Mərkəzində “Azəryol”u qəbul edib. Ötən tur lider “Azərsu” ilə xal fərqini minimuma endirən “Azəryol” çempionluq ümidlərini sonadək qorumaq üçün bu görüşdən mütləq qələbə ilə ayrılmalı idi. Lakin paytaxt həndbolçuları buna nail ola bilməyiblər. Oyun 27:24 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb. Bu isə “Azərsu”nun çempionluğu vaxtından əvvəl rəsmiləşdirməsi deməkdir.

Turnir cədvəlinin autsayderi “İdman Akademiyası” ilə aprelin 28-də keçiriləcək oyunda favorit hesab edilən “Azərsu” məğlub olsa belə qızıl medallara sahib çıxacaq.

Qeyd edək ki, son oyun gününün digər qarşılaşmasında “Qarabağ” komandası “Gənclər Birliyi” kollektivini sınağa çəkəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm