Köpək balıqlarının tüğyan etdiyi məkan – FOTOLAR
Bizi izləyin

İdman

Köpək balıqlarının tüğyan etdiyi məkan – FOTOLAR

Köpək balıqlarının tüğyan etdiyi məkan – FOTOLAR

Braziliyada keçiriləcək dünya çempionatının startına az qaldığından Publika.az da mundialla bağlı xəbərlərin yükünü çoxaldıb.

Oxuculara dünya çempionatı ilə bağlı ən xırda məlumatları belə çatdırmağa cəhd edirik. Maraqlı olacağını nəzərə alıb, oxuculara çempionatın keçiriləcəyi şəhərlər haqqında qısa məlumat vermək istəyirik. Növbəti səyahətimiz Braziliyanın Resife şəhərinə olacaq.

Resife Braziliyanın şimal-şərqində yerləşən liman şəhəridir. Əbəs yerə şəhərə “Amerika Venesiyası” adını qoymayıblar. Şəhəri əhatə edən Beberibe, Kapibaribe və Jordao çayların üzərindən 40-a yaxın körpü keçir.

“Arena Pernambuku” stadionu məhz Braziliyada keçiriləcək futbol üzrə dünya çempionatının oyunları üçün tikilib. Çempionat bitdikdən sonra stadion Braziliyanın ən qədim klublarından biri hesab olunan yerli “Nautiko” komandasının ixtiyarına veriləcək. Stadion 46 min tamaşaçı tutumuna malikdir.

Resife şəhərinə gedəsi olsanız Boa-Vyajen çimərliyinə getməklə yanaşı, vəhşi serfinq məkanı olan Marakaipi ziyarət etməyi unutmayın. Hər həftənin sonu minlərlə həvəskar dalğalara tamaşa etməyə yığılır. 1992-ci ildə köpək balığının hücumundan sonra Pernambukunun ərazisinin 70 faizində serfinqlə məşğul olmaq qadağan edilib. Lakin bu qadağa Marakaipi ərazisinə aid deyil. Hətta, burada serfinq üzrə çempionat da keçirilir.

Camalə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm