Azərbaycanlıları təhqir edən xanıma ciddi xəbərdarlıq edildi – RƏSMİ
Bizi izləyin

İdman

Azərbaycanlıları təhqir edən xanıma ciddi xəbərdarlıq edildi – RƏSMİ

Azərbaycanlıları təhqir edən xanıma ciddi xəbərdarlıq edildi – RƏSMİ

İyunun 7-də “Sərhədçi” İdman Kompleksində “Baku Fires”lə Kubanın “Cuba Domadores” boks klubları arasında WSB liqasının finalının ilk görüşündə xoşagəlməz olayın baş verməsi barədə məlumat vermişdik.

Belə ki, görüşü izləyənlər arasında olan “Rabitə”nin yeni transfer etdiyi kubalı voleybolçu Vilma Salas Rosell üzünü azarkeşlərə tərəf tutaraq orta barmağını göstərib. Buna səbəb isə kubalı boksçu Xulio Sezar La Kruz rinqə dəvət olunanda azarkeşlərin rəqibi uğultuyla qarşılaması olub. Voleybolçu Vilma Salas Rosellin bu hərəkətinə qarşı hansı tədbirin görülməsi ilə bağlı “Rabitə” idman klubundan münasibət öyrənməyə çalışdıq.

Məsələ ilə bağlı “Rabitə”nin idman direktoru İlqar İmamquliyev Publika.az-a açıqlama verdi:

“Bu, konkret olaraq spekulyasiyadır. Həmin yarışa Kubadan boksçular gəldiyinə görə, kubalı qızlarımız da öz ölkələrinin komandalarına dəstək üçün ora getmişdilər. Qızlar orda olduğu zaman azarkeşlər bunlara söz atmağa, qıcıqlandırmağa başlayıblar. Voleybolçularımıza qarşı təhqiramiz sözlər işlədiblər. Voleybolçu xanımlar reaksiya verməməyə çalışıblar. Lakin sonda dözə bilməyib əsəbiləşən voleybolçu xanımlardan biri həmin azarkeşə “orta barmaq” işarəsi göstərib və çıxıb gedib. Bu zaman bunu kimlərsə görüb.

Vilma Salas Roselin özü də açıqlama verib. Bu hərəkətin heç də azərbaycanlılara və zalda olan azarkeşlərə heç də aidiyyəti yoxdur. Bu hərəkət sırf onu qıcıqlandıran bir nəfər üçün reaksiya idi. Elə biz də günahı o qızda yox, özünü apara bilməyən azarkeşimizdə görməliyik.

Sözsüz ki, həmin voleybolçu ilə danışıldı, ona başa salındı ki, ümumiyyətlə, Azərbaycanda belə hərəkətlər bəyənilməzdir. “Sizin ölkələrdə bu cür hərəkətlər normal ola bilər, amma burda yol verilməzdir. Bizdə bir xanımın belə bir hərəkət etməyi yaxşı deyil”,– deyə xəbərdarlıq etdik.

Onun özü də bildirdi ki, hərəkətim kiminsə xətirinə dəyibsə, üzr istəyirəm.

Təbii ki, onunla ciddi şəkildə danışıldı, ciddi xəbərdarlıq olundu ki, bir daha belə hərəkətə yol verilməsin.

Xaiş edirəm məsələni çox şişirtməsinlər, bu xanım idmançıdır. Özü də hər şeyə aydınlıq gətirib. Bildirib ki, Azərbaycanı da xalqını da sevirəm. Deyib ki, Azərbaycanı ən yaxşı şəkildə təmsil etməyə çalışıram”.

Daha sonra klub rəsmisi Vilma Salas Roselin milliləşdirilməsi məsələsinə də toxundu:

“Rabitə”də çıxış edən oyunçular dünya səviyyəli voleybolçulardır. Niyyətimizdə var ki, bu oyunçulardan, həmçinin Vilma Salas Roseldən Azərbaycan millisi üçün də yararlanaq. Bu məsələ nəzərdə tutulub. Əlimizdən gələni edəcəyik ki, bu yöndə işlərimiz yaxşı getsin”.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm