• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Arvadının xəyanəti ilə bağlı sual verən jurnalistə hücum etdi - FOTOLAR

  • İdman
  • 10 İyun 2014 14:55
  • 1 614 Baxış
Arvadının xəyanəti ilə bağlı sual verən jurnalistə hücum etdi - FOTOLAR

“Fənərbaxça”ın futbolçusu Caner Erkin həyat yoldaşı Asena Erkinlə getdiyi gecə klubunda jurnalistlərə hücum edib.

Publika.az xəbər verir ki, klubda jurnalistləri görüncə əsəbiləşən Caner məkanın sahiblərinin araya girməsinə baxmayaraq “artıq Berkayla bağlı heç nə eşitmək istəmirəm” deyərək müxbirlərin üzərinə gedib.

“Fənərbaxça”lı ulduzu Selcuq İnan və Burak Yılmaz sakitləşdirib.

Qeyd edək ki, Asena Erkinin musiqiçi Berkay ilə ticarət mərkəzlərinin birində şəkilləri ortaya çıxmışdı. Asena bunun sadəcə təsadüf olduğunu desə də, xəyanət mövzusu mətbuatın gündəmində qalmaqdadı. Caner Erkin isə “Mən həyat yoldaşıma güvənirəm" deyib xəyanət iddiasını rədd etmişdi.

Bundan əlavə "sarı-göylü"lərin rəhbəri Aziz Yıldırım da futbolçuya “Bu qız sənə zərər verir. Boşan ondan” – demişdi.

Caner Erkin isə A.Yıldırıma: “Arvadımla danışdım. Məni inandırdı. Ona sonsuz güvənirəm” – deyə cavab vermişdi.

Aygün İlqarqızı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR