“Təyyarə”də şokolada batırılmış donuz qabırğaları – FOTOLAR
Bizi izləyin

İdman

“Təyyarə”də şokolada batırılmış donuz qabırğaları – FOTOLAR

“Təyyarə”də şokolada batırılmış donuz qabırğaları – FOTOLAR

Braziliyada keçiriləcək dünya çempionatının startına az qaldığından Publika.az da mundialla bağlı xəbərlərin yükünü çoxaldıb.

Oxuculara dünya çempionatı ilə bağlı ən xırda məlumatları belə çatdırmağa cəhd edirik. Maraqlı olacağını nəzərə alıb, oxuculara çempionatın keçiriləcəyi şəhərlər haqqında qısa məlumat vermək istəyirik. Növbəti səyahətimiz Braziliyanın paytaxtı Braziliya şəhərinə olacaq.

Ölkənin paytaxtı hesab olunan Braziliya 5 il ərzində -1955-ci ildən 1960-cı ilə kimi inşa olunub. Braziliya şəhəri qurulana qədər paytaxt möhtəşəm Rio de Janeyro olub. Bu vaxta qədər Rio-San-Paulo xətti ölkənin iqtisadi cəhətdən Cənub-Şərq ştatlarının inkişafına təkan verib. Bu səbəbdən ölkənin inkişafını dəniz sahilindən digər coğrafi bölgələrə keçirtmək üçün paytaxt Rio de Janeyrodan Braziliya şəhərinə köçürülüb.

Quş baxışı ilə Braziliya şəhərinə baxsaq, o zaman, şəhəri təyyarəyə bənzədərik. “Təyyarənin” bir qanadı Asa Norte (Şimal qanad) və Asa Sul (Cənub qanad) adlanır. Korpusunda Nazirlər Kabineti, kabina hissəsində isə Milli Konqres, Prezident Aparatı və Ali Federal Məhkəmə binası yerləşir.

Futbol üzrə dünya çempionatı milli stadionda keçiriləcək. Stadionda tamaşaçı tutumu 71 mindir. Milli stadionda 7 matç keçiriləcək.

15 iyun. İsveçrə-Ekvador (E qrupu)

19 iyun. Kolumbiya-Fildişi Sahili (C qrupu)

23 iyun. Kamerun-Braziliya (A qrupu)

26 iyun. Portuqaliya-Qana (G qrupu)

30 iyun. 1/8 final oyunu

12 iyul. 3-cü yer uğrunda

Şəhərə qonaq getsəniz, 3 hakim qüvvə hesab olunan Prezident Aparatı, Nazirlər Kabineti və Ali Federal Məhkəmənin binasını ziyarət etməyi unutmayın. Paytaxtda ən dadlı yemək isə Nossa Cozinha Bistro restoranında verilir. Burada şokolada batırılmış donuz qabırğalarının dadına baxmaq mümkündür.

Camalə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm