Avropa Liqasının qalibi "Atletiko" oldu - FİNAL - (YENİLƏNDİ)
Bizi izləyin

İdman

Avropa Liqasının qalibi "Atletiko" oldu - FİNAL - (YENİLƏNDİ)

2017/18 mövsümü üzrə UEFA Avropa Liqasının qalibi məlum olub.

Publika.az xəbər verir ki, Lionda baş tutan finalda “Atletiko” “Marsel”lə üz-üzə gəlib.

Üçüncü dəfə Avroliqada final həyəcanı yaşayan “Atletiko” yenə şansını qaçırmayıb. Fransızların qapısından 3 cavabsız top keçirən Dieqo Simeonenin yetirmələri kuboka sahib çıxıb.

UEFA Avropa Liqası

Final

16 may

22:45. "Marsel” (Fransa) – "Atletiko” (İspaniya) - 0:3

Qollar: Antuan Qrizmann, 21; 49. Qabi, 89

Baş hakimi: Byörn Keypers (Hollandiya)

Lion. Stad-de-Lion.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm