AFFA hakimi söyən baş məşqçiyə və futbolçuya ağır cəza verdi
Bizi izləyin

İdman

AFFA hakimi söyən baş məşqçiyə və futbolçuya ağır cəza verdi

AFFA-nın İntizam Komitəsi "Səbail"in baş məşqçisi Samir Əliyevi cəzalandırıb.

Publika.az xəbər verir ki, bu gün keçirilən iclasda Topaz Premyer Liqanın 27-ci turunda "Neftçi" ilə görüşdə hakimlər briqadasını təhqir edən gənc mütəxəssisə 5 oyunluq cəza verilib. Həmçinin, klub 4 min manat cərimə edilib.

Qeyd edək ki, "Neftçi" ilə matçın 42-ci dəqiqəsində görüşün baş hakimi Rauf Cabbarov onun qərarlarına narazılığını bildirən Samir Əliyevi texniki zonadan uzaqlaşdırıb. Lakin 39 yaşlı mütəxəssis baş hakimin göstərişinə əməl etməyərək, məşqçi skamiyasına dönüb.Yan xətt hakimindən narazı qalan baş məşqçi ona təhqiramiz sözlər işlədib. Cabbarov və 4-cü hakimin təkidindən sonra Əliyev meydanı tərk edib.

Bundan başqa, AFFA Topaz Premyer Liqanın 27-ci turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib.

Topaz Premyer Liqasının 27-ci turunun “Zirə” – “Kəpəz” matçının 9-cu dəqiqəsində “Zirə”nin futbolçusu Milan Duriç aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanıb, klub 3200 manat cərimə olunub.

Oyunun 80-cı dəqiqəsində “Kəpəz”in futbolçusu Kamran Abdullazadə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm