Rəşad Sadıqovun millisi Gürcüstana qarşı
Bizi izləyin

İdman

Rəşad Sadıqovun millisi Gürcüstana qarşı

20 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün yoldaşlıq oyunu keçirəcək.

Publika.az xəbər verir ki, Rəşad Sadıqovun rəhbərlik etdiyi millimiz gürcüstanlı həmyaşıdları ilə qarşılaşacaq.

Bakıda keçiriləcək matçı Əliyar Ağayev idarə edəcək. Onun köməkçiləri Zeynal Zeynalovla Akif Əmirəli olacaq. Dördüncü hakim funksiyasını Vüqar Həsənli yerinə yetirəcək.

Qeyd edək ki, U-20 yığmamız mayın 24-də və 27-də Makedoniyanın U-21 millisi ilə 2 yoxlama oyununda qüvvəsini sınayacaq.

Yoldaşlıq oyunu

16 may

19:00. Azərbaycan U-20 - Gürcüstan U-20

“Dalğa Arena”

20 yaşadək futbolçulardan ibarət Azərbaycan və Gürcüstan millilərinin yoxlama oyununun hakimləri müəyyənləşib.

Oyun “CBC Sport” kanalından canlı yayımlanacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm