Braziliyada müsəlmanlara xüsusi diqqət
Bizi izləyin

İdman

Braziliyada müsəlmanlara xüsusi diqqət

Braziliyada müsəlmanlara xüsusi diqqət

Braziliyada DÇ-2014-ə gələn müsəlman azarkeşlər üçün xüsusi hazırlıq görülüb.

Publika.az xəbər verir ki, ərəb ölkələrindən gələn turistlər üçün ərəb dilində yol göstəriciləri çap olunub və satışa çıxarılıb.

Braziliya müsəlman icması tərəfindən buraxılmış 65 səhifəlik broşürdə DÇ-2014-ün oyunlarının baş tutacağı şəhərlər haqqında məlumat əks olunub.

Bu kitabçada məscidlərin və İslam ölkələri səfirliklərinin ünvanları, müsəlman azarkeşləri üçün qaynar xətlərin telefon nömrələri, habelə Əlcəzair, Kamerun, İran, Kot-d`İvuar və Nigeriya milli komandalarının oyunlarına səyahət təşkil edəcək "Salam” turizm firması barədə məlumatlar yer alıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm