Avroliqa-2019-un final matçının ilk rəmzi bileti AFFA prezidentinə təqdim olundu - - FOTO
Bizi izləyin

İdman

Avroliqa-2019-un final matçının ilk rəmzi bileti AFFA prezidentinə təqdim olundu - - FOTO

AFFA prezidenti Rövnəq Abdullayev Fransanın Lion şəhərindəki "Stade de Lyon” stadionunda "Marsel” (Fransa) və "Atletiko” (İspaniya) komandaları arasında keçirilmiş Avropa Liqasının final matçını izləyib.

"Report"un məlumatına görə, oyundan öncə arenada UEFA-nın prezidenti Aleksander Çeferin Avroliqanın 2019-cu ildə Bakı Olimpiya Stadionunda təşkil olunacaq final oyununun ilk simvolik biletini AFFA-nın prezidenti Rövnəq Abdullayevə təqdim edib.

Simvolik biletin təqdimatında UEFA-nın baş katibi Teodor Teodoridis və AFFA-nın baş katibi Elxan Məmmədov iştirak edib.

Avropa Liqasının 2018/2019-cu il mövsümünün final oyununun Bakı Olimpiya Stadionunda keçirilməsi barədə qərar UEFA İcraiyyə Komitəsinin 2017-ci il sentyabrın 20-də keçirilmiş iclasında qəbul olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm