Dünya Çempionatına gedən azarkeşlərin nəzərinə: İyunun 1-də başlayacaq
Bizi izləyin

İdman

Dünya Çempionatına gedən azarkeşlərin nəzərinə: İyunun 1-də başlayacaq

Dünya Çempionatına gedəcək futbolsevərlər üçün mobil nəqliyyat bələdçisi proqramı 1 iyundan etibarən istifadəyə veriləcək.

Publika.az xəbər verir ki, bu barədə 2018 - Dünya Çempionatı Nəqliyyat Şöbəsinin baş direktoru Kiril Polyakov məlumat verib.

Onun sözlərinə görə, tətbiq həmin tarixdən etibarən modil cihazlara yüklənə biləcək.

Proqramda futbolsevərlər üçün nəqliyyat servis xidmətlərinin gözləyəcəyi nöqtələr, avtobus dayanacaqları və Dünya Çempionatının istiqaməti ilə bağlı digər detallı bilgilər yer alacaq.

Qeyd edək ki, 2018 Dünya Çempionatı 14 iyun – 15 iyul tarixlərində Rusiyanın 11 müxtəlif şəhərində: Moskva, Kalininqrad, Sankt Peterburq, Volqoqrad, Kazan, Nijnıy Novqorod, Samara, Saransk, Rostov-on-Don, Soçi və Yekaterinburqda keçiriləcək.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm