Millimiz rəqiblərindən irəlidədir - FİFA reytinqi
Bizi izləyin

İdman

Millimiz rəqiblərindən irəlidədir - FİFA reytinqi

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.

Publika.az xəbər verir ki, ötən ayla müqayisədə Azərbaycan milli komandasının mövqeyi dəyişməyib. Qurban Qurbanovun rəhbərlik etdiyi komanda 245 xalla 126-cı yerdədir.

Yığmamızın Millətlər Liqasındakı rəqiblərinə gəlincə, Farer adaları 364 xalla 93-cü (+1), Kosovo 164 xalla 152-cı (0), Malta isə 62 xalla 185-ci (0) yerdədir.

Qeyd edək ki, siyahıya 1544 xalla Almaniya başçılıq edir. Braziliya ikinci (1384), Belçika üçüncüdür (1346).

Oxumağa davam et
Reklam
Reklam

Gündəm