UEFA "Atletiko"ya sərvət ödəyəcək
Bizi izləyin

İdman

UEFA "Atletiko"ya sərvət ödəyəcək

UEFA-nın Avropa Liqasının qalibi olan "Atletiko Madrid"ə ödəyəcəyi məbləğ müəyyənləşib.

Publika.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Madrid klubu bu mövsüm avrokuboklardakı çıxışdan ümumilikdə 26 milyon avrodan çox pul alacaq.

Dieqo Simeonenin komandası təkcə finalda qalib gəldiyi üçün 6.5 milyon avro əldə edəcək.

"Atletiko” yarımfinala çıxdığı üçün 1.6 milyon avro, 1/4 finala yüksəldiyinə görə 1 milyon avro alacaq. Komanda Avroliqada iştiraka görə ümumilikdə 10.3 milyon avro qazanacaq.

Bundan başqa, UEFA Çempionlar Liqasının (ÇL) qrup mərhələsində çıxış etdiyi üçün Madrid təmsilçisinə 16.3 milyon avro ödəyəcək.

Qeyd edək ki, Çempionlar Liqasının qrup mərhələsində "Atletiko"nun rəqibi olan "Qarabağ" da mərhələdəki mübarizəsinə görə 16 milyon avro gəlir əldə etmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm