• USD 1,7000 0,00% EUR 2,0016 +0,19%
    • GBP 2,2805 -0,15% RUB 0,0276 +1,09%

Argentinadan Rusiya qadınları barədə ŞOK ADDIM

  • İdman
  • 17 May 2018 19:00
  • 874 Baxış
Argentinadan Rusiya qadınları barədə ŞOK ADDIM

Argentina Futbol Federasiyası Rusiyada təşkil edilən 2018 Dünya Çempionatından öncə kiçik əl kitabçaları çap etdirib.

Publika.az xəbər verir ki, əl kitabçalarında “rus qadınları necə yoldan çıxarmaq olar?” başlıqlı məsləhətlərə yer verilib.

Jurnalist Roberto Martinez məsələni ictimailəşdirib və qısa zamanda Argentina Futbol Federasiyasının tvitter hesabına azarkeşlər hücum edib.

Federasiya işçilərini “köhnəfikirli” və “şorgöz” adlandıran azarkeşlər kitabçaların dərhal satışdan çıxarılmasını tələb edib.

Kitabda Rusiya qadınları ilə bağlı bu fikirlərə yer verilib:

“Rus qızlar sıxıcı kişilərə nifrət edir. Danışacaq mövzu tapmırsınızsa, ölkənizdən, ənənələrinizdən, gündəlik həyatınızdan bəhs edin.

Rus qadınların ağlını başından almaq üçün sahib olduqlarınızdan və puldan danışın.

Onlar da digər qızlar kimi təmizliyə, geyimə və qoxuya diqqət edər. Onlar üçün təəssürat çox önəmlidir.

Onlara seks qadını kimi yanaşmaqdan xoşlanmazlar. Onlara özəl və önəmli olduqlarını hiss etdirmənizi istəyərlər.

Onların dəyərlərinə və istəklərinə hörmət edin. Cinsi əlaqə haqqında axmaq suallar verməyin.

Ruslar üçün cinsi əlaqə özəldir və ictimai yerdə müzakirə edilməz.

Rus qadınlar sadəcə neqativ tərəfləri görən kişilərdən uzaq durar.

Klassik suallar verməyin, orijinal olun. Sizi daha yaxşı tanımaq istəyəcəklər.

Suallarını cavabsız qoymayın. Yeni bir üz olduğunuz üçün rusiyalı həmcinslərinizlə müqayisədə üstünlüyünüz olacaq. Özünüzə güvənin”.

Zümrüd

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>