"Qəbələ"nin Kiprə verdiyi oyunçu geri qaytarıldı
Bizi izləyin

İdman

"Qəbələ"nin Kiprə verdiyi oyunçu geri qaytarıldı

Kiprin “Anortosis” klubunda çıxış edən Araz Abdullayevin komandadan ayrılacağı xəbəri rəsmiləşib.

Publika.az xəbər verir ki, bu barədə Kipr klubunun saytı xəbər yayıb.

Klub A.Abdullayevdən başqa Nikolas Matteu ilə də yolları ayırıb. Abdullayev müqavilə ilə məxsus olduğu “Qəbələ”yə, Matteu isə PAOK-a dönüb.

Arazın komanda ilə yollarının ayrılma səbəbi kimi millimizin üzvünün performasından narazılıq olub.

Qeyd edək ki, mövsümün əvvəlindən “Anortosi"də icarə əsasında çıxış edən A.Abdullayev 30 oyuna 3 qol vurub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm