Azərbaycan hərbçilərindən Rusiyada böyük uğur
Bizi izləyin

İdman

Azərbaycan hərbçilərindən Rusiyada böyük uğur

Azərbaycan güləşçiləri Rusiyanın paytaxtı Moskvada hərbçilər arasında keçirilən Dünya Çempionatında daha iki medal qazanıblar.

Publika.az xəbər verir ki, 86 kq çəki dərəcəsində çıxış edən Kənan Əliyev yalnız finalda yerli idmançıya 1 xal hesabı ilə uduzaraq “gümüş” əldə edib.

97 kq çəki dərəcəsində isə Roman Bəkirov 3-cü yer uğrunda mübarizədə Kolumbiya təmsilçisini üstələyib.

Qeyd edək ki, bunadək Ceyla Nağızadə (65 kq) qızıl, Sona Tumarxanova (50 kq), Ağahüseyn Mustafayev (65) və Coşqun Əzimov (74) bürünc medal qazanıblar. Murad Məmmədov (60 kq) və Ülvi Qənizadə (72 kq) isə bu gün final görüşlərinə çıxacaqlar.

Xatırladaq ki, Dünya Çempionatı mayın 20-dək davam edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm