Almaniya kubokunun finalında SENSASİYA - - FOTO/VİDEO
Bizi izləyin

İdman

Almaniya kubokunun finalında SENSASİYA - - FOTO/VİDEO

Almaniya kubokunun qalibi müəyyənləşib.

Publika.az xəbər verir ki, həlledici qarşılaşmada “Bavariya” və Frankfurt “Ayntraxt”ı üz-üzə gəlib.

Ölkənin ən titullu klubu olan "Bavariya" matçın favoriti sayılsa da, “Qızıl dubl”u rəsmiləşdirə bilməyib. Çempion bu matçdan 1:3 hesablı məğlubiyyətlə ayrılıb.

Düzdü, Rebiçin 11-ci dəqiqədəki qolundan sonra, 56-cı dəqiqədə Levandovski hesabda tarazlıq yaradıb. Lakin final fitinə 6 dəqiqə qalmış dublunu rəsmiləşdirən Rebiç kuboku Frankfurta yaxınlaşdırıb. Marçın son dəqiqələrində isə Qaçimoviç görüşdə son nöqtəni qoyub.

Beləliklə, "Ayntraxt" tarixində 5-ci dəfə kuboka sahib çıxıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm