Azərbaycan Premyer Liqasının medalçıları mükafatlandırıldı - - FOTOLAR
Bizi izləyin

İdman

Azərbaycan Premyer Liqasının medalçıları mükafatlandırıldı - - FOTOLAR

Futbol üzrə Azərbaycan Premyer Liqasında 2017/2018-ci illər mövsümünün medalçılarının mükafatlandırma mərasimi keçirilib.

Publika.az xəbər verir ki, "Azərsun Arena"da baş tutan mərasimdə AFFA-nın baş katibi Elxan Məmmədov, Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev və digər şəxslər iştirak ediblər.

Üçüncü yerin sahibi "Neftçi", mövsümü ikinci sırada tamamlayan "Qəbələ" və çempion "Qarabağ" komandasının üzvləri müvafiq olaraq bürünc, gümüş və qızıl medallarla təltif olunublar.

Mərasimdə həmçinin 13 qolla Premyer Liqanın bombardiri olan "Qəbələ"nin hücumçusu Baqali Daboya xüsusi mükafat verilib.

Sonda çempionluq kuboku "Qarabağ"a təqdim edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm