İdman
DÇ-2018: Argentinanın yekun heyətində ŞOK İXTİSAR
Argentina millisinin dünya çempionatı üçün yekun heyəti açıqlanıb.
Publika.az xəbər verir ki, baş məşqçi Xorxe Sampaoli ilkin siyahıdan 12 oyunçunu çıxarıb.
Bunlar Nauel Quzman (UNAL), Herman Petsella (“Betis”), Ramiro Funes Mori (“Everton”), Pablo Peres (“Boka Xuniors”), Rikardo Senturion, Lautaro Martines (hər ikisi “Rasinq”), Quido Pizarro (“Sevilya”), Enzo Peres (“River Pleyt”), Rodriqo Battalya (“Sportinq”), Leandro Paredes (“Zenit”), Dieqo Perotti (“Roma”) və Mauro İkardidi (“İnter”). Xüsusən də, son iki futbolçunun yoxluğu diqqət çəkir.
Qapıçılar: Serxio Romero (“Mançester Yunayted”), Villi Kabalyero (“Çelsi”), Franko Armani (“River Pleyt”);
Müdafiəçilər: Qabriel Merkado (“Sevilya”), Federiko Fazio (“Roma”), Nikolas Otamendi (“Mançester Siti”), Kristian Ansaldi (“Torino”), Markos Roxo (“Mançester Yunayted”), Nikolas Talyafiko (“Ayaks”), Markos Akunya (“Sportinq”);
Yarımmüdafiəçilər: Ever Baneqa (“Sevilya”), Xavyer Maskerano (“Hebey Çayna Forçun”), Eduardo Salvio (“Benfika”), Lukas Bilya (“Milan”), Anxel Di Mariya, Covanni Lo Selso (hər ikisi PSJ), Manuel Lanzini (“Vest Hem”), Maksimiliano Mesa (“İndependiente”), Kristian Pavon (“Boka Xuniors”);
Hücumçular: Lionel Messi (“Barselona”), Serxio Aquero (“Mançester Siti”), Qonsalo İquain, Paulo Dibala (hər ikisi “Yuventus”).
Qeyd edək ki, Argentina yığması DÇ-2018-də İslandiya, Nigeriya və Xorvatiya ilə eyni qrupda mübarizə aparacaq.
-
Nida Xəbər 17:37
AMEA-nın nəzdindəki muzey nazirliyə verildi
-
Nida Xəbər 17:13
Baş nazir bu qaydaları təsdiqlədi
-
Kriminal16:40
Azərbaycanda yutuber həbs edildi - Şantajla məşğul imiş
-
Sosial16:22
Müavinət və təqaüd alanların nəzərinə!
-
Art15:55
Dəhşətli terrorda həlak oldu, "Təhminə və Zaur" üçün yazdığı... - Xalq artistinin acı həyat hekayəsi
-
Dəb15:16
Əməkdar artist italyan stili ilə diqqət mərkəzində - FOTO
-
Kriminal14:40
7 yaşlı uşağı öldürən məşqçiyə hökm oxundu
-
Sosial14:05
Gələn ilin pensiya artımları nə vaxt bəlli olacaq? - Komitə sədri açıqladı