Salah Çempionlar Liqasının finalına görə oruc tutmayacaq? - FƏTVA VERİLDİ
Bizi izləyin

İdman

Salah Çempionlar Liqasının finalına görə oruc tutmayacaq? - FƏTVA VERİLDİ

“Liverpul”un ən məhsuldar futbolçusu, misirli Məhəmməd Salaha ölkəsindən oruc fətvası verilib.

Publika.az xəbər verir ki, Misirin din adamları Çempionlar Liqasının final oyununa çıxacaq müsəlman ulduzun orucunu qəzaya saxlamaq haqqının olmadığnı deyib.

Din adamı Yasir Burhami Məhəmməd Salahın final oyununa görə oruc tutmağı təxirə salıb-sala bilməyəcəyi sualını cavablandırıb. O bildirib ki, idmançı olmaq ağır işlərdən hesab edilmir və “Qurani-Kərim”də futbolçuların orucdan azad olunduğuna dair bir ayə yoxdur.

Qeyd edək ki, “Real” – “Liverpul” arasında keçiriləcək final matçı 26 may saat 22:45-də, Ukraynanın paytaxtı Kiyevdə baş tutacaq.

Ukraynada isə iftar saatı matçdan yarım saat öncə başlayacaq.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm