İdman
"Maestro" Ronaldinyo və Şevçenko ilə meydana çıxdı - Dünya ulduzlarının matçı
İtaliyalı futbolçu, “Maestro” ləqəbli dünya ulduzu Andrea Pirlo dünən yubiley matçı keçirib.
Publika.az xəbər verir ki, matçda Maldini, braziliyalı Ronaldo, Zanetti, Kafu, Fernando Totti, Buffon, Ronaldinyo, Pepe, Şevçenko kimi məşhur əməkdar futbolçular iştirak edib.
İtaliyanın Milan şəhərində yerləşən “San Siro” stadionunda baş tutan yubiley matçında ağ komandanın baş məşqçiliyini Antonio Konte vı Karlo Ançelotti edib. Mavi komandanın baş məşqçilyi isə Roberto Donadoni, Mauro Tassotti ve Massimiliano Alleqriyə tapşırılıb.
7:7 hesabı ilə bitən maçtın açılış qolunu Şevçenko vurub. İnzaqhi isə het-trikə imza atıb.
Qarşılaşmaya ağ komandanın tərkibində başlayan Pirlo ikinci hissədə mavilərin sırasına qoşulub. 81-ci dəqiqədə isə meydanı tərk edərək yerini 15 yaşlı oğlu Nikkolo Oirloya verib. O, meydanı tərk edərkən futbolçular və azarkeşlər tərəfindən ayaqda alqışlanıb.
Oyunda Vieriyə məhsuldar ötürmə edən Pirlo keçmiş günlərini xatırladıb.
Ölkəsində “İnter”, “Milan” və “Yuventus” kimi komandaların formasını geyinən Pirlo son olaraq ABŞ-ın “Nyu York Siti” komandasında oynayıb.
“Milan” ilə iki İtaliya Liqası kuboku, UEFA Çempionlar Liqası və UEFA Superkuboku sevinci yaşayan ulduz “Yuventus”da 4 İtaliya Liqası kuboku əldə edib. İtaliya millisində 116 matça çıxan Pirlo 2006 FİFA Dünya Çempionatında qalib olub.
Zümrüd
-
Qoroskop00:34
Günün qoroskopu: axşam saatlarında pul gələcək...
-
İnanc00:01
Bu gün İlaxır çərşənbədir
-
Region18 Mart 22:55
Ərdoğan Putini təbrik etdi
-
MDB18 Mart 22:15
“Rusiya nüvə tərksilahına dair danışıqlara hazırdır” - Peskov
-
Magazin118 Mart 21:50
Renka qəza keçirdi - FOTO
-
Ekologiya18 Mart 20:15
Torpaq çərşənbəsində və Novruz bayramında hava belə olacaq - VİDEO
-
Nida Xəbər 18 Mart 19:30
Ordumuz bu ərazilərdə mövqelərini möhkəmləndirir - Zakir Həsənov
-
Səhiyyə18 Mart 18:40
Azərbaycanda dərmanlarla bağlı YENİ QAYDA