İdman
"Qarabağ"ın Çempionlar Liqasındakı potensial rəqibləri
“Qarabağ” Topaz Premyer Liqanın 2017/2018 mövsümününqalibi olmaqla, Avropanın ən böyük futbol turniri Çempionlar Liqasına birbaşa vəsiqəni təmin edib.
Publika.az xəbər verir ki, ötən qrup mərhələsində dünya nəhəngləri ilə qarşılaşan təmsilçimiz bu mövsümdə mübarizəyə I təsnifat mərhələsindən başlayacaq.
Bu mərhələnin hələlik üç iştirakçısı müəyyənləşməyib. Bunlar Sloveniya, Macarıstan çempionları və ilkin mərhələnin qalibi olan bir klubdur.
UEFA reytinqi yüksək olduğundan (73-cü yer), “Qarabağ” püşkatma zamanı səpələnmişlər səbətində yer alacaq.
Qrup mərhələsi: “Barselona”, “Atletiko”, “Real”, “Valensiya” (hamısı İspaniya), “Mançester Siti”, “Mançester Yunayted”, “Liverpul”, “Totenhem” (hamısı İngiltərə), “Yuventus”, “Napoli”, “Roma”, “İnter” (hamısı İtaliya), “Bayern”, “Şalke”, “Hofenhaym”, “Borusiya” D. (hamısı Almaniya), PSJ, “Monako”, “Lion” (hər üçü Fransa), “Lokomotiv”, MOİK (hər ikisi Rusiya), “Portu” (Portuqaliya), “Şaxtyor” (Ukrayna), “Brügge” (Belçika), “Qalatasaray” (Türkiyə), “Viktoriya” (Çexiya), əvvəlki mərhələləri adlamağı bacarmış altı ölkənin klubu
Pley-off mərhələsi (Çempionlar Yolu): “Yanq Boyz” (İsveçrə), PSV (Hollandiya)
III təsnifat mərhələsi (Çempionlar Yolu): AEK (Yunanıstan), “Zalsburq” (Avstriya)
III təsnifat mərhələsi (Liqa Yolu): “Spartak” (Rusiya), “Benfika” (Portuqaliya), “Dinamo” (Ukrayna), “Standard” (Belçika), “Fənərbaxça” (Türkiyə), Çexiyanın gümüş mükafatçısı (“Slaviya”/“Yablonets”)
II təsnifat mərhələsi (Çempionlar Yolu): ÇFR (Rumıniya), “Dinamo” (Xorvatiya), BATE (Belarus), Danimarka çempionu (“Midtüland”/“Bröndbü”)
II təsnifat mərhələsi (Liqa Yolu): “Bazel” (İsveçrə), PAOK (Yunanıstan), “Ayaks” (Hollandiya), “Şturm” (Avstriya)
I təsnifat mərhələsi: “Legiya” (Polşa), “Malmö” (İsveç), “Hapoel” (Beer-Şeva, İsrail), “Seltik” (Şotlandiya), APOEL (Kipr), “Rusenborq” (Norveç), “Qarabağ” (Azərbaycan), “Ludoqorets” (Bolqarıstan), “Srvena Zvezda” (Serbiya), “Astana” (Qazaxıstan), “Spartak” (Slovakiya), “Şerif” (Moldova), “Valyur” (İslandiya), HİK (Finlandiya), “Kukesi” (Albaniya), “Kork Siti” (İrlandiya), “Zrinski” (Bosniya və Herseqovina), “Torpedo” (Gürcüstan), “Spartak” (Latviya), “Şkendiya” (Makedoniya), “Flora” (Estoniya), “Sutyeska” (Monteneqro), “Alaşkert” (Ermənistan), “Düdelanj” (Lüksemburq), “Kruzeyders” (Şimali İrlandiya), “Suduva” (Litva), “Valletta” (Malta), TNS (Uels), “Vikinqur” (Farer adaları), Sloveniya çempionu (“Olimpiya”/“Maribor”), Macarıstan çempionu (“Videoton”/“Ferentsvaroş”), ilkin mərhələnin qalibi
İlkin mərhələ: “Linkoln” (Cəbəllütariq), “Santa Kaloma” (Andorra), “Drita” (Kosovo), San Marino çempionu.
Qeyd edək ki, Çempionlar liqasının növbəti mövsümündə ilk püşkatma iyunun 19-da İsveçrənin Nyon şəhərində keçiriləcək. Püşkə əsasən, “Qarabağ” I təsnifat mərhələsinin oyununa 10/11 iyulda çıxacaq. Cavab görüşü isə 17/18 iyulda keçiriləcək.
-
Kriminal16:40
Azərbaycanda yutuber həbs edildi - Şantajla məşğul imiş
-
Sosial16:22
Müavinət və təqaüd alanların nəzərinə!
-
Art15:55
Dəhşətli terrorda həlak oldu, "Təhminə və Zaur" üçün yazdığı... - Xalq artistinin acı həyat hekayəsi
-
Dəb15:16
Əməkdar artist italyan stili ilə diqqət mərkəzində - FOTO
-
Kriminal14:40
7 yaşlı uşağı öldürən məşqçiyə hökm oxundu
-
Sosial14:05
Gələn ilin pensiya artımları nə vaxt bəlli olacaq? - Komitə sədri açıqladı
-
Qoroskop13:26
Aprelin bəxtəvər 3 bürcü - Şans ayaqlarına gələcək
-
Dünya12:50
Yəhudilər Netanyahunu devirməlidir, yoxsa... - Sensasion açıqlama