"Real" Çempionlar Liqasının qalibi oldu - VİDEO - (YENİLƏNDİ)
Bizi izləyin

İdman

"Real" Çempionlar Liqasının qalibi oldu - VİDEO - (YENİLƏNDİ)

"Real" tarixində 13-cü dəfə futbol üzrə Çempionlar Liqasının qalibi olub.

Publika.az xəbər verir ki, "Kral klubu" Avropanın ən nüfuzlu klub turnirində ardıcıl üçüncü zəfərini finalda İngiltərə "Liverpul"u üzərində 3:1 hesablı qələbə sayəsində əldə edib.

Ukraynanın paytaxtı Kiyevdəki "Olimpiyski" stadionunda keçirilmiş qarşılaşmanın ilk yarısında qol vurulmayıb. Əvəzində tərəflər hərəyə bir itki ilə üzləşiblər. 31-ci dəqiqədə "Liverpul"un ən məhsuldar oyunçusu Məhəmməd Salah "Real"ın kapitanı Serxio Ramosla ikili mübarizədən sonra çiynindən xəsarət alıb. Nəticədə o, yerini Adam Lallanaya verməli olub. 37-ci dəqiqədə isə Dani Karvaxal zədələnib və onun yerinə Naço meydana daxil olub.

Bütün qollar ikinci hissədə vurulub. "Liverpul"un qapıçısı Kariusun bağışlanmaz səhvləri həlledici olub.

Beləliklə, "Real" 3:1 hesablı qələbə sayəsində Çempionlar Liqasının ən güclüsü olduğunu bir daha sübuta yetirib.

UEFA Çempionlar Liqası. Final

26 may

22:45. "Real" (İspaniya) – "Liverpul" (İngiltərə) 3:1

Qol: Benzema, 51. Beyl, 64; 83 - Mane, 55.

"Real": Navas, Karvahal, Ramos (k), Varan, Marselo, Kross, Modriç, Kazemiro, İsko, Ronaldo, Benzema

Ehtiyat oyunçular: Kasilya, Naço, Beyl, Teo Ernandes, Lukas Vaskes, Asensio, Kovaçiç

"Liverpul": Karius, van Deyk, Veynaldum, Lovren, Milner, Firmino, Salah, Henderson (k), Mane, Robertson, Aleksander-Arnold

Ehtiyat oyunçular: Minyole, Klayn, Klavan, Moreno, Lallana, Emre Can, Solanke

Baş hakim: Milorad Maziç (Serbiya)

Kiyev, Olimpiya stadionu

Oxumağa davam et
Reklam
Reklam

Gündəm