Erməni məşqçi azərbaycanlı futbolçudan imtina etdi
Bizi izləyin

İdman

Erməni məşqçi azərbaycanlı futbolçudan imtina etdi

Erməni məşqçi azərbaycanlı futbolçudan imtina etdi

Millimizin sabiq futbolçusu Murad Hüseynov Rusiyanın "Luç-Enerji" klubunda baxışdan keçib.

Publika.az xəbər verir ki, milliləşən futbolçumuz bəyənilsə də, orada oynamasında problem yaranıb.

Buna səbəb isə onun Azərbaycan vətəndaşlığı daşımasıdı. Hər halda komandanın erməni baş məşqçisi Aleksandr Qriqoryan Hüseynovu komandada saxlamamaq üçün bəhanə tapıb. Yığmamızın sabiq üzvünü bəyəndiyini deyən mütəxəssis, onun legioner olmasının transferinə əngəl yaratdığını bildirib: "Bu futbolçu xoşuma gəldi. Xarici olmasaydı, gözüyumulu komandaya götürərdim. Lakin indiki vəziyyətdə onun keçidi alınmayacaq".

Qeyd edək ki, Murad ölkəmizdə "Qəbələ" və "Sumqayıt"ın formasını geyinib.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm