İtaliyalı futbolçu əvvəlcə sevgilisini öldürdü, sonra intihar etdi
Bizi izləyin

İdman

İtaliyalı futbolçu əvvəlcə sevgilisini öldürdü, sonra intihar etdi

İtaliyanın D seriyasında mübarizə aparan "Tuttokuoyo" klubunun futbolçusu Federiko Dzini sabiq sevgilisini qətlə yetirib.

Publika.az "Footbal İtalia" nəşrinə istinadən xəbər verir ki, Dzini ad günü ərəfəsində köhnə sevgilisi Eliza Amatoya baş çəkib. Bu zaman onların arasında münaqişə yaşanıb. Nəticədə futbolçu qızı güllələyib. Ardından cəsədi maşına qoyaraq evdən uzaqlaşıb.

Daha sonra Dzininin intihar etdiyi məlum olub. Polis Piza şəhəri yaxınlığında maşında iki cəsəd tapıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm