Millimizin futbolçusunun yenu klubu müəyyənləşdi - Avstriyada oynayacaq
Bizi izləyin

İdman

Millimizin futbolçusunun yenu klubu müəyyənləşdi - Avstriyada oynayacaq

Azərbaycan milli komandasının futbolçusu Ramil Şeydayevin yeni klubu müəyyənləşib.

"Report"un məlumatına görə, 22 yaşlı hücumçu Avstriya Bundesliqasında çıxış edən "Mattersburq"a keçəcək. Bu barədə klub prezidenti Martin Puxer açıqlama verib. Lakin o, müqavilə üzrə Türkiyə "Trabzonspor"una məxsus Şeydayevlə anlaşmanın detalları barədə açıqlama verməyib.

Avstriya mətbuatı gənc forvardın "Zalsburq"a qayıdan Smail Prevlyakın əvəzinə alındığını yazıb. "Mattersburq" Bundesliqanı 36 oyundan 46 xalla 6-cı pillədə başa vurub.

Qeyd edək ki, Rusiya "Zenit"inin yetirməsi olan Ramil Şeydayev 2016-cı ilin yayında "Trabzonspor"la 4 illik müqavilə bağlayıb. Lakin o, Türkiyə klubunda möhkəmlənə bilmədiyi üçün 2017-ci ilin yanvarında Slovakiya "Jilina"sına, ötən ilin yayında isə "Qarabağ"a icarəyə verilib. Şeydayev bu komandaların heyətində Slovakiya və Azərbaycan çempionu olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm