Ulduz futbolçu 17 yaşlı azarkeşini döydü
Bizi izləyin

İdman

Ulduz futbolçu 17 yaşlı azarkeşini döydü

Ulduz futbolçu 17 yaşlı azarkeşini döydü

Ulduz futbolçu Robert Levandovski evinin yaxınlığında “Borussiya” Dortmundun bir qrup fanatı ilə dalaşıb.

Levandovskinin “Bavariya” ilə müqavilə bağlaması Dortmundlu azarkeşləri hiddətləndirib.

Publika.Az Polşa mətbuatına istinadən xəbər verir ki, təcrübəli futbolçu maşınla evinə qayıdarkən tərəfdarlar onun qarşısını kəsiblər.

17 yaşlı fanat Levandovskiyə söyüş ifadə edən orta barmağını göstərib.

Bu zaman onların arasında dava düşüb. Levandovski fanata ağır zərbə endirib. Polisin müdaxiləsindən sonra ara sakitləşib.

Daha sonra həmin tərəfdar polisdə döyülməsi ilə bağlı izahat yazıb. Məsələ ilə əlaqədar araşdırma aparılır.

Levandovski özü bu xəbərə “facebook”dakı şəxsi səhifəsindən münasibət bildirib:

“Evimin qarşısında baş verən bu olayla mediya sensasiya yaratmaq istəyir. Buna görə də mən bu barədə açıqlama vermək istəyirəm.

Mən 17 yaşlı gənci döyməmişəm. Bir qurub azarkeş evimin önünə gəlib məni və ailəmi narahat etdi”.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm