“Messi haqda yaxşı şeylər eşitməmişdim”
Bizi izləyin

İdman

“Messi haqda yaxşı şeylər eşitməmişdim”

“Messi haqda yaxşı şeylər eşitməmişdim”

Braziliya millisinin hücumçusu Neymar "Barselona"dakı komanda yoldaşı Lionel Messi haqda danışıb.

Publika.az xəbər verir ki, 22 yaşlı futbolçu "Football Espana"ya açıqlamasında Kataloniyaya getməmişdən öncə Messi haqda mənfi fikirlər eşitdiyini bildirib: "Barselona"ya keçməmişdən öncə Messi haqda yaxşı şeylər eşitməmişdim. Onun özünə qapandığı və heç kəslə danışmadığı deyilirdi.

Lakin gördüm ki, bu heç də belə deyil. Messi həm meydanda, həm də meydandan kənarda böyükdür. Ötən mövsüm mənim üçün ideal alınmadı, ancaq pis də deyildi. İlk dəfə idi ki, Braziliyanı tərk edirdim. Buna görə ölkəm və dostlarım üçün darıxırdım. Çətin idi, amma çox şey öyrəndim".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm